Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TDT-də "Yol xəritəsi" hazırlanacaq

TDT-də "Yol xəritəsi" hazırlanacaq


Türk Dövlətləri Təşkilatında üzv dövlətlərin milli-mənəvi dəyərlərinin, birliyinin qorunmasına xidmət edən "Yol xəritəsi"nin hazırlanması məqsədəuyğun olardı.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla görüşü zamanı deyib.

Mirziyoyev söhbət zamanı TDT Ağsaqqallar Şurasının institusional potensialını gücləndirmək, eləcə də türk xalqlarının milli ənənələrinin, mənəvi irsinin və mədəni birliyinin qorunmasına yönəlmiş birgə layihələrin təşviqi üçün "Yol Xəritəsi"nin hazırlanmasını təklif edib.

TDT Ağsaqqallar Şurasının sədri Ğzbəkistan prezidentinin təklfiini dəstəkləyib və bu istiqamətdə iş aparmağın zəruriliyini bildirib.

Süleyman
Xəbəri paylaş