
Britaniya Yayım Korporasiyası (BBC) ABŞ prezidenti Donald Trampın çıxışını bir neçə dəfə təhrif edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "The Daily Telegraph" yazıb.
Nəşrin yazdığına görə, bu, ilk dəfə 2022-ci il iyunun 9-da BBC-nin axşam analitik xəbərlər proqramı Newsnight-da baş verib. Çıxış iki il sonra yayımlanan Panorama ilə eyni modelə uyğun olaraq redaktə edilib.
The Daily Telegraph xəbər verir ki, Trampın 6 yanvar 2021-ci il tarixli çıxışı onun ABŞ Kapitoliyasını ələ keçirməyə çağırdığına işarə etmək üçün redaktə edilib, əslində isə o, vətəndaş narazılığını dinc yolla ifadə etməyin zəruriliyindən danışırdı. Bu redaktə dərhal Ağ Evin keçmiş Aparat rəhbəri Mick Mulvaney tərəfindən tənqid olundu. Həmin verilişdə o, Trampın bəyanatlarının nitqin müxtəlif hissələrindən bir-birindən ayrıldığını qeyd edib. Lakin nəşrin məlumatına görə, aparıcı Kirsti Uork bu etirazlara məhəl qoymayıb.
Fuad












































