Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasi partiyalarda önəmli postlar qohumlara etibar edilir

Siyasi partiyalarda önəmli postlar qohumlara etibar edilir


"Siyasi partiyalarda önəmli postlar və sahələr qohumlara və yaxın ətrafa etibar edilir. Bunun Azərbaycanda yayılmasının əsas səbəblərindən biri idarəetmədə, hökümətdə, siyasi təşkilatlarda şəffaflığın və hesabatlılığın olmamasıdır".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, hər hansı bir məmur cinayətkar əməlini həyata keçirmək və tamahkar məqsədlərini icra etmək üçün inandığı, etibar etdiyi şəxslərdən ibarət sxem qurur:

"Həmin sxemdən də birlikdə qazanırlar. Məmur, vəzifəli şəxs postunu dəyişəndə həmin sxemi də özü ilə daşıyır. Sürücüsündən, katibəsindən tutmuş digər məsul şəxslərə kimi yerdəyişmə edir. Bunun adı da əksər hallarda kadr dəyişikliyi kimi cəmiyyətə təqdim edilir".

Anar Əliyev
Xəbəri paylaş