
Aylarla davam edən siyasi müzakirələrdən sonra Almaniyanın koalisiya hökuməti qoşun sayının artırılmasına yönəlmiş yeni bir hərbi plan üzərində razılığa gəlib.
Newscenter.az TASS-a istinadən bildirir ki, plan, ölkənin 2035-ci ilə qədər 260.000 nəfərlik orduya çatmaq məqsədinə doğru atılan əsas addımı özündə ehtiva edir.
Yeni modelə görə, bütün 18 yaşlı kişilərə məcburi sorğu, qadınlar üçün isə könüllü sorğu göndəriləcək.
Bu sorğu gənclərin orduya qoşulmaq istəyini və uyğunluğunu ölçməyi hədəfləyir. 2027-ci ildən başlayaraq 18 yaşlı kişilər üçün məcburi tibbi müayinələr tətbiq olunacaq.
Almaniya Avropanın ən güclü ənənəvi ordusunu qurmağı hədəfləyir.
Anar Əliyev












































