
Özbəkistanda 17.595 xarici investisiyalı müəssisə fəaliyyət göstərir.
Newscenter.az Özbəkistan Milli Statistika Komitəsinə istinadən bildirir ki, bunlardan 4.204-ü birgə müəssisə, 13.391-i isə xarici şirkətdir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15% və ya 2.298 artıb.
Məlumatda bildirilir ki, birgə müəssisələrin əsas hissəsi Rusiyanın payına düşür. 1 noyabr tarixinə onların sayı 898 olub. Növbəti yerdə 713 ilə Çin, 490 ilə isə Türkiyə gəlir.
Şeyda Məmmədova












































