Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın silahlanması Azərbaycan üçün təhlükədir

Ermənistanın silahlanması Azərbaycan üçün təhlükədir


"Nikol Paşinyanın Ermənistanın xarici borcunun artmasını silah alımı ilə əlaqəli kredit olmasını açıqlamasını daxili auditoriyaya hesablanmış addım kimi dəyərləndirmək ən azı siyasi naşılıqdır. Müharibədən sonra dəfələrlə qeyd etdik ki, Ermənistanın silahlanmasına imkan verməmək üçün sülh danışığı şərtlərinə bununla əlaqəli maddə salınmalı idi və ya mətndən kənar şərt qoyulmalı idi, konstitusiya dəyişikliyi məsələsi kimi.

Paşinyan hakimiyyətdə əbədi qalası deyil. Bir gün başqa erməni hakimiyyətə gələndə onun həmin silahları Azərbaycana qarşı işlətməyəcəyinə heç kim qarantiya verə bilməz. Nə qədər də Azərbaycan Ermənistandan güclü olsa, həmin silahlar bizim əsgərə qarşı yönələcək".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, Ermənistanın silahlanması Azərbaycan üçün təhlükədir və buna göz yumulması strateji səhvdir:

"Təcili şəkildə bu məsələ gündəmə gətirilib Azərbaycanın qəti mövqeyi ortaya qoyulmalıdır. Alınan silahların geri qaytarılması tələb olunmalıdır. Bu silahlar günün birində Azərbaycanın bir əsgərinin ölümünə səbəb olacaqsa, bu, Ermənistanın strateji qələbəsi olacaq. Silahlar həmişə bir gün istifadə olunur".

Süleyman
Xəbəri paylaş