Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KTMT üzvü olan dövlət başçıları Qırğızıstana toplanır

KTMT üzvü olan dövlət başçıları Qırğızıstana toplanır


KTMT üzv dövlətlərin ölkə başçıları Bişkekdə keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclasında iştirak edəcəklər. İclas Qırğızıstan Prezidenti Sadir Japarovun sədrliyi ilə keçiriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının Xarici Siyasət şöbəsinin müdiri Saqınbek Abdumutalipin məlumat verib.

“Tədbir 26-27 noyabr 2025-ci il tarixlərində Bişkekdə keçiriləcək və Qırğızıstanın KTMT-də sədrliyinin son mərhələsinin əsas tədbiri olacaq.

Görüşdə Təşkilatın üzv dövlətlərinin başçıları - Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon iştirak edəcəklər.

Görüşün nəticələrinə əsasən, kollektiv müdafiə mexanizmlərinin daha da gücləndirilməsinə, üzv dövlətlərin təhlükəsizlik məsələləri üzrə qarşılıqlı əlaqəsinin yaxşılaşdırılmasına və hərbi-siyasi sahədə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ondan çox qərarın imzalanması planlaşdırılır.

Süleyman
Xəbəri paylaş