
"Qazaxıstan Türkmənistanı strateji tərəfdaş, qardaş dövlət və ən yaxın sərhəd qonşusu hesab edir. Bizi əsrlər boyu davam edən dostluq, ortaq tarix, dil və mədəniyyət birləşdirir. Dövlətlərimiz arasında ticarət, iqtisadi əməkdaşlığın digər formaları, mədəni-humanitar əlaqələr sürətlə inkişaf edir. İki ölkə arasında tərəfdaşlığın miqyasından və keyfiyyətindən məmnun olduğumuzu deməyə əsas var. Bu əməkdaşlıq strateji xarakter daşıyır".
Newscenter.az Akorda-ya istinadən bildirir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev türkmənistanlı həmkarı ilə görüşündə bildirib.
Tokayevin sözlərinə görə, lakin eyni zamanda irəliyə doğru addım da atmaq lazımdır.
Sərdar Berdiməhəmmədov Qazaxıstan torpağında göstərilən qonaqpərvərliyə və hörmətə görə minnətdarlığını bildirib və türkmən xalqının millət lideri Qurbanqulu Berdiməhəmmədovun salamlarını və xoş arzularını çatdırıb.
"Bu gün Türkmənistan və Qazaxıstan arasında münasibətlər dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf edir. Qarşılıqlı əməkdaşlığımız siyasi-diplomatik, ticarət-iqtisadi və mədəni-humanitar sahələri əhatə edir", - deyə Türkmənistan Prezidenti bildirib.
Cavid











































