
FİFA prezidenti Canni İnfantino ərəb ölkəsində idmanın inkişafına verdiyi töhfəyə görə Livan vətəndaşlığına layiq görülüb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə FİFA prezidentini Baabda sarayında qəbul edən prezident Jozef Aun bildirib.
Prezidentin mətbuat xidmətindən verilən açıqlamaya görə, Livan lideri İnfantinoya “uzun illər ərzində futbol infrastrukturunun genişləndirilməsi layihələrinə verdiyi dəstəyə görə” təşəkkür edib.
Görüş zamanı İnfantino prezident Auna ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatı üçün rəsmi matç topunu, həmçinin FİFA loqosu və 10 nömrəli formanı təqdim edib.
Danışıqlardan sonra İnfantino FİFA-nın Beyrutda beynəlxalq səviyyəli stadion tikməyi planlaşdırdığını açıqlayıb.
Öz növbəsində prezident Aun Livan milli komandası üçün müasir təlim-məşq obyektinin və Livan Futbol Assosiasiyasının qərargahının tikintisi üçün torpaq sahəsi ayıracağını vəd edib.
Cavid












































