Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Milli Siyasət Strategiyasını təsdiqləndi

Rusiyanın Milli Siyasət Strategiyasını təsdiqləndi


Rusiyanın Dövlət Milli Siyasəti Strategiyası təsdiqlənib.

Newscenter.az TASS-a istinadən bildirir ki, prezident Vladimir Putin Rusiya Federasiyasının 2036-cı ilə qədər Dövlət Milli Siyasəti Strategiyasının təsdiq edilməsi haqqında fərman imzalayıb.

Sənəd prezidentin fərmanına əsasən, 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Strategiya altı bölmədə 61 bənddən ibarətdir. Ümumi müddəalarla yanaşı, sənəddə Rusiyada millətlərarası münasibətlərin hazırkı vəziyyəti haqqında ümumi məlumat verilir. Strategiyanın digər fəsilləri dövlət milli siyasətinin məqsədlərinə, prinsiplərinə və prioritetlərinə, habelə Rusiya Federasiyasının regionlarında milliyyət siyasətinin həyata keçirilməsinə, strategiyanın mərhələ və hədəflərinə həsr edilmişdir.

Xüsusilə, sənəddə qeyd edildiyi kimi, strategiyanın həyata keçirilməsi Rusiya Federasiyasının tarixən formalaşmış dövlət birliyinin və ərazi bütövlüyünün, onun daxili sabitliyinin qorunub saxlanılmasına, Rusiya Federasiyası xalqlarının ahəngdar inkişafı və çiçəklənməsinə, Rusiya Federasiyasının çoxmillətli xalqının birliyinin möhkəmləndirilməsinə töhfə verməlidir.

Cavid
Xəbəri paylaş