
Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak ABŞ prezidenti Donald Trampın 28 bəndlik sülh planının Kiyev üçün qəbuledilməz olduğunu bildirib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Yermak həmin plandan imtina etməyi təklif edib.
"Təklif edirəm ki, 28 maddəni unudaq. Həyat o qədər sürətlə dəyişir ki, düşünürəm artıq o keçmişdə qaldı.
Qərb mətbuatının yazdığına görə, Amerika planının ilkin variantında Ukraynanın NATO-ya üzv olmaqdan imtinası və alyansın Kiyevə inteqrasiya olunmamaq öhdəliyi, habelə ABŞ və digər ölkələr tərəfindən Rusiyanın Krım və Donbas üzərində suverenliyinin tanınması, Ukrayna qüvvələrinin DXR-dən çıxarılması və s. tələb olunurdu.
Cavid










































