Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski Trampın sülh planını həyata keçirməkdə maraqlı deyil

Zelenski Trampın sülh planını həyata keçirməkdə maraqlı deyil


Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın sülh planını həyata keçirməkdə maraqlı deyil, çünki o, başa düşür ki, bu, onu təzyiqlərə məruz qoya bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Dövlət Dumasının deputatı, hərbi əməliyyat zonasında Rusiya Könüllülər Korpusunun 7-ci Hücum Briqadasının komandiri Aleksandr Boroday deyib.

Onun sözlərinə görə, Zelenski Tramp planının həyata keçməsində maraqlı olsa, bu, onun siyasi, hətta fiziki ölümü demək olar.

Eyni zamanda, Boroday hesab edir ki, ABŞ prezidenti Donald Tramp sülh planının həyata keçirilməsində maraqlıdır:

"Tramp, həqiqətən də, bizə qarşı sanksiyaları nisbətən ədalətli şəkildə aradan qaldırmağa və ciddi iqtisadi əlaqələrə girməyə hazır görünür. O, neft, qaz və Arktikada yeni iqtisadi layihələrə start verməyə hazırdır. Bunun üçün ona hər şeydən əvvəl sülh lazımdır. O, Ukraynadakı münaqişənin sülh yolu ilə həllində maraqlıdır".

Qeyd edək ki, ötən həftə Vaşinqtonun Ukrayna nizamlanması üçün 28 bəndlik plan təklif etdiyi açıqlanıb. Bu plan Kiyevin Avropadakı tərəfdaşları arasında narazılıq yaradıb.

Süleyman
Xəbəri paylaş