
Azərbaycanın Türkiyədəki fğvqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov İstanbula səfəri çərçivəsində İstanbul Universitetinin rektoru, doktor Osman Bülent Zülfikar ilə görüşüb.
Newscenter.az Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən bildirir ki, Azərbaycanın Baş Konsulu Nermine Mustafayevanın iştirakı ilə keçirilən görüşdə Azərbaycan universitetləri ilə İstanbul Universiteti arasında akademik əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin söhbət zamanı universitetdə təhsil alan azərbaycanlı tələbələrlə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Süleyman.











































