Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BVF Kiyevə 8,2 milyard dollar yardım edəcək

BVF Kiyevə 8,2 milyard dollar yardım edəcək


Beynəlxalq Valyuta Fondu (BVF) və Ukrayna nümayəndələri 8,2 milyard dollar dəyərində yeni maliyyələşdirmə proqramı üzrə ekspertlər səviyyəsində razılaşma əldə ediblər.

Newscenter.az xəbər verir ki, bu barədə bankın saytında dərc olunmuş məlumatda deyilir.

Sənəddə göstərildiyi kimi, proqram 48 ay üçün nəzərdə tutulub. Noyabrın 17-dən 21-dək BVF-nin Ukrayna üzrə missiyasının rəhbəri Qevin Qreyin başçılıq etdiyi BVF nümayəndə heyəti ilə Ukrayna hakimiyyəti arasında görüşlər baş tutub.

Bu ayın əvvəlində Ali Radanın Büdcə Komitəsinin rəhbəri Roksolana Pidlasa BVF-nin Kiyevlə yeni maliyyələşdirmə proqramı üzrə danışıqlara başladığını açıqlamışdı. Pidlasa qeyd edib ki, proqramın həcmi təxminən 8 milyard dollar təşkil edir. Bu da Kiyev hakimiyyətinin gözlədiyindən azdır. O, əlavə edib ki, BVF-nin proqramın icrasına başlayıb-başlamaması ilə bağlı qərarının yanvarda verilməsi gözlənilir və bu zaman ilk ödəniş gözlənilir.

Qeyd edək ki, Ukraynanın BVF ilə hazırkı proqramı 2023-2027-ci illər üçün nəzərdə tutulub.

Cavid
Xəbəri paylaş