Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hazırda İrəvan üçün Rusiyanın təhlükəsizlik çətirini əvəzləyəcək real namizəd yoxdur

Hazırda İrəvan üçün Rusiyanın təhlükəsizlik çətirini əvəzləyəcək real namizəd yoxdur


"Ermənistanın KTMT-nin Bişkekdə keçirilən sammitdə iştirakdan imtina etməsi İrəvanın Rusiyadan uzaqlaşmasının davamıdır".

Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın 2018-ci ildə Rusiya mərkəzli qüvvələri devirərək hakimiyyətə gəlməsindən sonra İrəvan-Moskva xəttində münasibətlərin xarakteristikasında dəyişikliklərin olacağı gözlənilən idi:

"Baxmayaraq ki, Paşinyan ilk dövrdə Kremllə sələflərinin siyasətini davam etdirdi və tərəflər bir çox sahədə, xüsusilə, hərbi-texniki əməkdaşlıq istiqamətində yeni müqavilələr imzaladılar. Lakin 44 günlük Vətən Müharibəsindən sonra proqnozlaşdırılan ssenari tədricən özünü göstərməyə başladı. Nikol Paşinyan məğlubiyyətin arqumentləri sırasına məhz Moskvanın verdiyi hərbi texnikaların keyfiyyətsiz olduğunu irəli sürdü və Rusiyadan uzaqlaşma prosesi inkişaf etməyə başladı. Təbii ki, bu bir aya və yaxud bir ilə yekunlaşacaq məsələ deyil".

Pərviz Mirizadə qeyd edib ki, Rusiya Ermənistan üzərində illərdir formalaşmış təsir mexanizmlərinə malikdir:

Eyni zamanda hazırda İrəvan üçün Rusiyanın təhlükəsizlik çətirini əvəzləyəcək real namizəd yoxdur. Bu səbəblərdən İrəvan hələ də Avrasiya İttifaqı və KTMT kimi Kreml mərkəzli təşkilatlarda yer alır. Ancaq bu situativdir".

Süleyman
Xəbəri paylaş