Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Ukrayna ilə bağlı prinsipial mövqelərindən geri çəkilməyəcək

Putin Ukrayna ilə bağlı prinsipial mövqelərindən geri çəkilməyəcək


Rusiya prezidenti Vladimir Putin Ukrayna məsələsi üzrə danışıqlarda Rusiyanın fundamental mövqelərindən geri çəkilməyəcək. Bu fikri TASS-a Rusiyanın keçmiş baş naziri, Rusiya Hüquqşünasları Assosiasiyasının sədri Sergey Stepaşin deyib.

"Rusiyanın mövqeyi bəllidir. Bizim tələblərimiz də bəllidir. Mən Vladimir Putinin onlardan geri çəkiləcəyini düşünmürəm. Bu, mənim şəxsi fikrimdir", - o, Amerikanın 28 bəndlik sülh planının qəbul edilib həyata keçirilməsi ehtimalı ilə bağlı sualı cavablandırıb.

Stepaşin vurğulayıb ki, bu məsələyə ictimai şəkildə son dərəcə ehtiyatla yanaşmaq lazımdır. “Danışıqlar gedir, lakin onlar haqqında danışmaq hələ tezdir”, o xatırladıb.
Xəbəri paylaş