
Qazaxıstan və Özbəkistan İpək Yolu boyunca birgə turizm turları həyata keçirəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu məqsədlə ölkənin Nəqliyyat Nazirliyi üç yeni hava marşrutu istifadəyə verəcək.
Bu ilin 1 dekabrından etibarən SCAT Hava Yolları Türküstan - Buxara, Türküstan - Urgenç (Xiua) və Türküstan - Səmərqənd marşrutları üzrə müntəzəm uçuşlar həyata keçirəcək. Uçuşlar hər marşrut üzrə həftədə üç dəfə olacaq.
İlkin mərhələdə sabit sərnişin axını yaratmaq üçün hava xidmətləri subsidiyalaşdırılacaq. Marşrutların açılması turizmin inkişafına və Böyük İpək Yolunun şəhərlərinin təşviqinə, eləcə də bölgələr arasında nəqliyyat əlaqələrinin gücləndirilməsinə və xarici turistlərin axınının stimullaşdırılmasına yönəlib.
Bundan əlavə, Turizm və İdman Nazirliyi Orta Asiya İpək Yolu boyunca ortaq marşrutun yeni konsepsiyasını hazırlayıb. Buraya regionun əsas şəhərləri, Almatı, Şımkənd, Türküstan, Daşkənd, Səmərqənd, Buxara və Xivə daxildir.
Cavid










































