
Roma Papası XIV Leon Türkiyəyə səfərə gəlir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Vatikanın dövlət başçısı XIV Leon ilk rəsmi xarici səfərini Türkiyəyə edir. Roma Papası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.
Görüşlərdə Türkiyə-Vatikan münasibətləri, eləcə də mövcud regional və qlobal proseslər, xüsusən də Fələstin məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, XIV Leon Türkiyəyə səfər edən beşinci Roma Papası olacaq. Roma Papası ilə bərabər Türkiyəyə 70-dən çox jurnalist gəlir. Səfərdə Papanı Vatikanın baş naziri Kardinal Pietro Parolin, dövlət Katibi Arxiyepiskop Paul Richard Gallagher və digər rəsmilər müşayət edir.
Cavid










































