Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Polşanın Baş Konsulluğunu bağlayır

Rusiya Polşanın Baş Konsulluğunu bağlayır


Rusiya ilə Polşa arasında diplomatik gərginlik artır.

Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiya Federasiyası Polşanın İrkutskdakı Baş Konsulluğunu bağlamaq qərarına gəlib.

Agentlik Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, 30 dekabr 2025-ci il tarixindən etibarən Moskva sözügedən konuslluğu bağlamaq qərarına gəlib. Nazirlik bu addımı Varşavanın Rusiya Baş Konsulluğunun Qdanskda fəaliyyət göstərməsinə icazəni 23 dekabr 2025-ci il tarixindən etibarən ləğv etməsinə cavab olaraq atdığını bəyan edib.

Qeyd edək ki, noyabrın 27-də Polşanın Rusiya Federasiyasındakı səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota verilib.

Fuad
Xəbəri paylaş