
Rusiya və Azərbaycan bu il qarşılıqlı ticarət dövriyyəsini 5 milyard dollara çatdıracaq.
Newscenter.az xəbər verir ki, bunu Bakıda keçirilən “Avrasiya İqtisadi İnteqrasiyasında İştirakın Biznes üçün Faydaları” adlı beynəlxalq dəyirmi masada çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov deyib.
"Bizim Azərbaycanla çox sıx əlaqələrimiz, çox fəal əməkdaşlığımız var. Bu il biz yəqin ki, 5 milyard dollarlıq ticarət dövriyyəsinin simvolik rəqəminə çatacağıq. Bəzi tərəflər üçün bu, o qədər də böyük rəqəm olmaya bilər. Lakin hesab edirik ki, bu, ölkələrimiz arasında ticarət dövriyyəsinin çox yaxşı qarşılıqlı artımının göstəricisidir", - deyə diplomat bildirib.
Yevdokimovun sözlərinə görə, Rusiyanın Azərbaycanla çox müsbət dialoq aparmağı vacibdir:
"Nəinki Rusiya ilə, Azərbaycanın digər Aİİ ölkələri ilə ticarəti uğurla artır".
Şeyda











































