Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyaya daxil olan ukraynalıların sayı 38,3 min nəfər azalıb

Rusiyaya daxil olan ukraynalıların sayı 38,3 min nəfər azalıb



2025-ci ilin ilk doqquz ayı ərzində Rusiyaya 25 mindən çox Ukrayna vətəndaşı daxil olub ki, bu da 2024-cü illə müqayisədə 38,3 min nəfər azdır. Bu, TASS-ın təhlil etdiyi statistik məlumatlardan görünür.

Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında 25 352 Ukrayna vətəndaşı Rusiya dövlət sərhədini keçib ki, onlardan 23 867-si şəxsi səfər, 1094-ü işgüzar səfər, 103-ü turist, 31-i tranzit olub. Sənədlərdə Ukrayna vətəndaşlarının əksəriyyətinin hava nəqliyyatından istifadə etdiyi (24 399 nəfər), 871 nəfərin Rusiyaya avtomobillə, 79 nəfərin piyada, 3 nəfərin isə qatarla gəldiyi bildirilir.

Bu arada, 2024-cü ilin ilk doqquz ayında 63 671 Ukrayna vətəndaşı Rusiya Federasiyasına daxil olub. Onlardan 57 863-ü fərdi ziyarətçi, 2801 ukraynalı Rusiyada ezamiyyətdə, 125-i turist, 80-i tranzit olub.

Bu dövrdə ölkəyə gələn 59 733 ukraynalı hava nəqliyyatından, 3 574 nəfər Rusiyaya avtomobillə, 355 nəfər piyada, 4 nəfər isə dəmir yolu nəqliyyatından istifadə edib.
Xəbəri paylaş