Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Maduro: Silahlı qüvvələr və xalq Venesuelanı təcavüzdən müdafiə etməyə hazırdır

Maduro: Silahlı qüvvələr və xalq Venesuelanı təcavüzdən müdafiə etməyə hazırdır


Silahlı qüvvələr və xalq Venesuelanı imperialist təhdid və təcavüzdən müdafiə etməyə hazırdır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Venesuela Hərbi-Hava Qüvvələrinin 105-ci ildönümündə çıxışı zamanı deyib.

“Təhlükə və təcavüz vətənini, torpağını, dənizlərini, səmasını, ruhunu və tarixini müdafiə etməyə hazır olan xalqımızı qorxutmayacaq. 17 həftədir ki, xarici imperialist qüvvələr hətta Amerika ictimaiyyətinin belə inanmadığı yalan və absurd arqumentlərdən istifadə edərək, Karib dənizi, Cənubi Amerika və Venesuelada sabitliyi pozmaqla hədələyirlər. Psixoloji təzyiq və imperialist hücumlar Venesuela xalqında vətənpərvərlik şüurunu və müqavimət gücünü oyatdı”,-deyə Maduro bildirib.

Qeyd edək ki. Vaşinqton Venesuela hakimiyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə kifayət qədər mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə nüvə sualtı qayığı olan USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupunu və 16 mindən çox şəxsi heyətə yerləşdirib.

Cavid
Xəbəri paylaş