
Xəzər dənizi ilə dəmir yolu bərələrinin işə salınması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca logistikanı yaxşılaşdıracaq və Rusiya ixracı imkanlarını genişləndirəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu RusiranExpo şirkətinin rəhbəri Aleksandr Şarov bildirib.
O qeyd edib ki, hazırda dəhlizin bir qolu su, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşıyan multimodal marşrutdur və Xəzər dənizindən keçir:
"Məsələn, Həştərxandan Afrikaya yüklər dəniz yolu ilə gəmilərdə daşınır, İran limanında quru nəqliyyatına ötürülür və sonra Fars körfəzindəki gəmilərə qaytarılır və oradan Hind okeanına daşınır.
Bu mənada Rusiya dəmir yolu bərəsinin işə salınması vacibdir. Xəzər xəttini Rusiya limanlarından digər Xəzəryanı ölkələrə doğru inkişaf etdirmək bizim üçün məntiqlidir. Bu marşrut üzrə yük dövriyyəsi üç dəfə artırıla bilər".
O deyib ki, təkcə yükü deyil, onu daşıyan qatarları da daşıya bilən gəmilərin tətbiqi logistikanı daha da sadələşdirəcək və yük dövriyyəsini artıracaq.
Süleyman










































