Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenskinin taleyi Qərbin dəstəyinə bağlıdır

Zelenskinin taleyi Qərbin dəstəyinə bağlıdır


"Üç il doqquz aydır davam edən münaqişənin bitməsinə dair ehtimalların artması Zelenskinin taleyinin necə olacağına dair müzakirələri intensivləşdirib. Əvvəla onu deyim ki, müharibənin yaxın zamanda dayandırılması ehtimalı qismən real olsa da, amma yekun sülh sazişi çox mürəkkəb və çoxşaxəli proses tələb edir".

Newscenter.az xəbər verir ki, bunu politoloq Yusif Bağırzadə Ağ Ev rəhbəri Trampın sülh planının Ukraynada sülhə nail ola biləcəyi ehtimallarına aydınlıq gətirərkən səsləndirib. O bildirib ki, Qərb liderləri artıq iqtisadi və siyasi resursların məhdudluğunu nəzərə alaraq, münaqişənin daha da uzanmasında maraqlı görünmür amma müharibənin qısa bir zamanda tam sülh sazişi ilə bitməsi o qədər də inandırıcı görünmür:

"Belə ki, sülh təşəbbüsləri hələ ilkin mərhələdədir və daha çox dialoq üçün baza rolunu oynayır. Ukrayna hökuməti torpaq itkisinə getmək istəmir və sülh danışıqlarında öz mövqeyini qorumağa çalışır, Rusiya isə daxili siyasi səbəblərdən kompromisə ehtiyatla yanaşır. Nəticədə yaxın perspektivdə sülh sazişinin imzalanması yox münaqişənin dondurulması və ya atəşkəs ssenarisi daha real görünür".

Zelenskinin taleyinə gəldikdə isə, politoloq hesab edir ki, bu birbaşa müharibənin nəticəsindən asılı olacaq:

"Əgər Ukrayna torpaqlarını qoruyaraq sülh sazişinə nail olarsa, Prezident milli qəhrəman kimi qalacaq və Qərb dəstəyi ilə daxili populyarlığı yüksək səviyyədə olacaq. Kompromis və ya müəyyən ərazilərin Rusiya nəzarətinə keçməsi ssenarisi isə hazırda mövcud olan korrupsiya faktlarını da nəzərə alaraq onun daxili siyasi mövqeyini kəskin şəkildə zəiflədə və müxalifətin fəaliyyətlərini gücləndirə bilər.

Ümumi olaraq desək Zelenskinin taleyi sülhün şərtlərinə, daxili siyasi balansa və Qərbin dəstəyinə bağlıdır".

Süleyman
Xəbəri paylaş