Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

26,1 milyon kilovat-saat elektrik enerjisi talan edilib

26,1 milyon kilovat-saat elektrik enerjisi talan edilib


Özbəkistanda qeyri-qanuni yollarla 26,1 milyon kilovat-saat elektrik enerjisi və 27,2 milyon kubmetr təbii qaz talan edilib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, regionlarda aparılan yoxlamalar nəticəsində belə faktlar üzə çıxıb.

Məlumata görə, noyabr ayında regionlarda aparılan nəzarət tədbirləri zamanı istehlakçılar tərəfindən enerji ehtiyatlarından qanunsuz istifadə halları ilə bağlı 289 fakt aşkar edilib.

İlkin hesablamalara görə, talan edilmə halları nəticəsində 132 milyard 752 milyon sum məbləğində itki qeydə alınıb.

Eyni zamanda, istehlakçılar tərəfindən enerji ehtiyatlarından istifadə qaydalarının pozulması ilə bağlı 518 inzibati iş qaldırılıb.

Qayda pozanlara qarşı müəyyən edilmiş qaydada tədbir görülməsi üçün müvafiq sənədlər hüquq-mühafizə orqanlarına təqdim edilib.

Şeyda
Xəbəri paylaş