Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyənin düşüncə mərkəzləri arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan və Türkiyənin düşüncə mərkəzləri arasında əməkdaşlıq imkanları müzakirə edilib


Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru, professor Hilmi Demir ilə görüşüb.

Newscenter.az səfirliyə istinadən bildirir ki, diplomatik korpusun binasəında baş tutan görüş zamanı iki ölkənin düşüncə mərkəzləri arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı həmçinin birgə layihələrin həyata keçirilməsi məsələsi də müzakirə olunub.

Görüşdə Türkiyə ilə Azərbaycan arasında mövcud olan dostluq-qardaşlıq münasibətlərinin daha da irəli aparılması istiqamətində qarşıda duran vəzifələr ətrafında da söhbət edilib.

Süleyman
Xəbəri paylaş