
2026-cı ildə Özbəkistanda vergi dərəcələri dəyişməyəcək.
Newscenter.az "Sputnik Özbəkıstan"a istinadən bildirir ki, bunu parlamentin Aşağı Palatasının iclasında İqtisadiyyat və Maliyyə Naziri C. Kuçkarov deyib.
"Qeyd edildiyi kimi, vergi dərəcələri gələn il dəyişməz qalacaq. Sosial faiz dərəcəsi 12 faiz, ƏDV, fərdi gəlir vergisi 12 faiz, əmlak vergisi isə hüquqi şəxslər üçün 1,5 faiz müəyyən edilib", -deyə Kuçkarov bildirib.
Sahibkarları dəstəkləmək məqsədilə onların 1 yanvar tarixindən etibarən bir il müddətinə mənfəət vergisindən azad edilməsi planlaşdırılır.
Müəssisələr sosial infrastruktur şəbəkələrini öz hesablarına pulsuz təmin edərsə, müəssisənin bu vəsaitləri mənfəət vergisindən çıxılacaq. Həmçinin, gəliri 100 milyon soma qədər olan fərdi sahibkarlar vergidən azad ediləcəklər.
Vergi gəlirlərinin 116,3 trilyon sum və ya ÜDM-in 6 faizi olacağı gözlənilir. Mənfəət vergisindən gəlirlərin 64,5 trilyon sum, dolayı vergilərdən gəlirlərin isə 124,6 trilyon sum olacağı proqnozlaşdırılır.
Cavid










































