Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan və Rusiya arasında ticarət dövriyyəsi 12 milyard dollara çatacaq

Özbəkistan və Rusiya arasında ticarət dövriyyəsi 12 milyard dollara çatacaq


2025-ci ilin sonuna qədər Özbəkistan və Rusiya arasında ticarət dövriyyəsinin 12 milyard dollara çatacağı gözlənilir.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bunu Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev ölkələr arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 26-cı iclasında açıqlayıb.

Xocayevin sözlərinə görə, 2024-cü ilin sonunda Rusiya ilə Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 11 milyard dolları keçib ki, bu da 6 il əvvəlkindən təxminən iki dəfə çoxdur.

Baş nazirin müavini bildirib ki, Özbəkistanın Rusiyaya ixracı 2025-ci ilin yanvar-oktyabr aylarında 3,6 milyard dollara çatıb.

"Rusiya Özbəkistanın xarici ticarətində əsas tərəfdaşlar arasında daim yer alır və ölkənin xarici ticarət dövriyyəsinin təxminən 16 faizini təşkil edir. Eyni zamanda, Özbəkistan Rusiyanın ən böyük on ticarət tərəfdaşı arasındadır. Bu, iqtisadi əməkdaşlığımızın birtərəfli deyil, qarşılıqlı olduğunu göstərir", - deyə Xocayev bildirib.

Qeyd edək ki, Özbəkistan və Rusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 26-cı iclası Daşkənddə keçirilir.

Süleyman
Xəbəri paylaş