
Moskva Karakasın yardım xahişi alacağı təqdirdə ona baxacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiyanın Venesueladakı səfiri Sergey Malik-Baqdasarov deyib.
"Biz indi Venesuelanı dəstəkləyirik və hücuma məruz qalıb-qalmamasından asılı olmayaraq onu hər zaman dəstəkləmişik. Suveren Venesuelanı dəstəkləməyə davam edəcəyik", - deyə diplomat bildirib.
ABŞ-ın hücumu halında Rusiyanın Venesuelaya dəstək verməsi ehtimalı ilə bağlı suala isə diplomat belə cavab verib:
"İndiki mərhələdə tərəfdaşlarımız bizdən ilk növbədə siyasi dəstək gözləyirlər və biz onu hərtərəfli təqdim edirik. Hər hansı başqa formada dəstəyə ehtiyac olarsa, buna baxılacaq".
Səfir qeyd edib ki, iki ölkə arasında strateji tərəfdaşlıq sazişi əməkdaşlığın yeni səviyyəsini göstərir:
"Əlbəttə, bu sazişdə hərbi-texniki əməkdaşlığımız, regional və qlobal təhlükəsizliyin təmin edilməsi də qeyd olunur. Bu, böyük, hərtərəfli sazişdir:
Cavid










































