Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə ilk beşlikdən kənarda qaldı

Türkiyə ilk beşlikdən kənarda qaldı


Son on ayda xaricə səyahət edən özbəklərin sayı 6,4 milyona çatıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Komitəsi məlumat yayıb. Qurumun məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında Özbəkistanın təxminən 6,4 milyon vətəndaşı turizm məqsədilə xaricə səyahət edib ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1,3 milyon nəfər və ya 24,7% çoxdur.

10 ayda Özbəkistan vətəndaşları ən çox qonşu ölkələrə və Rusiyaya səyahət ediblər.

Özbəklərin 2,8 milyonu Qırğızıstana, 1,2 milyonu Qazaxıstana, 1,1 milyonu Tacikistana səfər edib. Sonrakı yerləri Rusiya və Səudiyyə Ərəbstanı tutub.

Qeyd edək ki, keçən il Türkiyə özbək turistlərin səfər etdiyi ölkələr sırasında ilk beşlikdə qərarlaşırdı.

Süleyman
Xəbəri paylaş