Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

25 min ukraynalı qaçqın İsraildən deportasiya edilə bilər

25 min ukraynalı qaçqın İsraildən deportasiya edilə bilər


Ukraynadan olan 25 000 qaçqın müdafiə proqramının uzadılması və yaşayış icazələrinin verilməsində gecikmələr səbəbindən İsraildə yaşamaq hüququnu itirə bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İsrailin "Haaretz" qəzeti məlumat yayıb .

Qəzet yazır ki, İsraildə yaşamaq və işləmək icazəsi dekabrın sonunda başa çatacaq və bundan sonra on minlərlə ukraynalı öz vətənlərinə deportasiya ilə üzləşəcək. Hökumət proqramın uzadılması ilə bağlı hələ qərar verməyib. Məsələ hələ də müzakirə olunur.

Qeyd olunur ki, bir neçə insan haqları təşkilatı 2024-cü ilin noyabrında ukraynalı qaçqınların müvəqqəti müdafiəsinin uzadılması ilə bağlı dövlət qurumlarına azı üç məktub göndərsə də, onlara heç bir cavab verilməyib.

Cavid
Xəbəri paylaş