Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AXCP-nin ləğv olunub olunmaması məsələsi məhkəmənin verəcəyi qərardan asıllı olacaq

AXCP-nin ləğv olunub olunmaması məsələsi məhkəmənin verəcəyi qərardan asıllı olacaq



“Siyasi partiyaların yaradılması və ləğvi prosedurları “Siyasi partiyalar haqqında” qanununa əsasən həyata keçirilir. O cümlədən hansı hallarda siyasi partiyanın ləğvi məsələsi mümkündürsə, bu qanunun 9-cu maddəsində aydın şəkildə qeyd olunmuşdur”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Badamov dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevlə AXCP-nin işbirliyinin bu partiyanın ləğvinə səbəb olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən deyib. Millət vəkili qeyd edib ki, bu maddənin 9.1-ci bəndində Siyasi partiya bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda (bu Qanunun 3.11-ci maddsəində Hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri kimi siyasi partiyaya tətbiq edilmir məsələsi nəzərə alınmaqla) siyasi partiya qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə biləcəyi qeyd olunur:

“Bu baxımdan AXCP-nin ləğv olunub olunmaması məsələsi də müvafiq məhkəmənin verəcəyi qərardan asıllı olacaqdır”.

Xəbəri paylaş