Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Maqnit qasırğası gözlənilir

Maqnit qasırğası gözlənilir



Yerdə maqnit qasırğası gözlənilir.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Newscenter.az-a verilən xəbərə görə, hazırda Günəş aktivliyi aşağı səviyyədədir.

Günəşdə bir neçə oblastda Yerə demək olar ki, təsiri olmayan C sinif alışmaları baş verıb. Hazırda Yerə istiqamətlənmiş tac kütlə atılması yoxdur. Əvvəlki alışmaların tarixcəsinə və Günəş səthində dəyişən aktiv oblastların potensialına əsasən, 8 - 10 dekabr tarixlərində M (R1/R2 - mülayim-orta) və X (güclü) alışmaların baş verəcəyi ehtimal olunur.

Bildirilib ki, dekabrın 8-də dekabrın 4-də Günəşi tərk edən tac kütlə atılmasının sürüşkən təsiri müşahidə oluna bilər.

Dekabrın 9-da baş verəcək təsir isə dekabrın 6-da Günəşi tərk etmiş tac kültə alışmalı ilə bağlı olacaq. Nəticədə geomaqnit aktivliyi göstərən Kp əmsalı orta coğrafi enliklərdə dekabrın 8-də 1-4, dekabrın 9-da nisbətən yüksək olmaqla 5-6 və sonrakı tarixlərdə normal 2-4 intervalında olacaq. Yüksək coğrafi enliklərdə dekabrın 8-də Kp əmsalı 2-4, dekabrın 9-da 5-7, dekabrın 10-da isə 5-6 intervalında olacaq.

Geomaqnit sahə dekabrın 4-də Günəşdən atılan tac kütləsi hesabına G1 (mülayim) səviyyədə olacaq. Bu hal dekabrın 6-da baş vermiş tac kültə atılması hesabına 10 dekabr tarixində də davam edəcək.

Sonrakı tarixlərdə geomaqnit sahənin sakit-dəyişkən olacağı proqnozlaşdırılır.

Şeyda
Xəbəri paylaş