
"Ağdamın azad edilməsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. İşğal altında qalmış illərdə “Qafqazın Xirosiması” adlandırılan bu şəhər dağıntılar içində olsa da, ruhunu itirməmişdi. Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və həyata keçirdiyi strategiya isə bu viran olmuş torpaqlara yenidən həyat qaytarmağı mümkün etdi".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Azər Yadigaroğlu səsləndirib. O bildirib ki, Ağdamın bərpası sadəcə infrastruktur layihəsi deyil, milli qürur və dövlətçilik əzminin təcəssümüdür:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin Baş Planı hazırlanıb təsdiqləndi və qısa zamanda genişmiqyaslı yenidənqurma işlərinə start verildi. Ağdam artıq təkcə keçmişini deyil, gələcəyini də yenidən yazır".
O qeyd edib ki, Prezident İlham Əliyev Ağdamın və bütövlükdə Qarabağın bərpasını dövlətin strateji prioriteti elan edib:
"Onun hər bir çıxışında bu torpaqlara sevgisi, Azərbaycan xalqına verdiyi sözü yerinə yetirmək iradəsi aydın görünür. O, bölgəyə mütəmadi səfərlər edir, layihələrin gedişatını şəxsən izləyir və bütün proseslərin ən yüksək səviyyədə aparılmasını təmin edir".
Süleyman










































