Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya Türk Qadınlar Platformu təsis edilib

Dünya Türk Qadınlar Platformu təsis edilib


Türkiyədə fəaliyyət göstərən soydaşlarımız tərəfindən Dünya Türk Qadınlar Platformu adlı qurum təsis edilib.

Newscenter.az xəbər verir ki, bu barədə adıçəkilən qurumun rəhbəri Günay Əliyeva rəhbərlik etdiyi təşkilatın məqsəd və vəzifələrini açıqlayıb. Bildirib ki, Dünya Türk Qadınlar Platformunun əsas məqsədi, Türk dünyasından qadınları bir araya gətirərək bilgi paylaşımı, təcrübə mübadiləsi, dəstək və əməkdaşlıq üçün güclü bir şəbəkə yaratmaqdır:

"Platformamız, qadınların sosial, mədəni, təhsil və biznes sahələrində inkişafını təşviq edir, həmçinin liderlik, təşəbbüskarlıq və yaradıcı təşəbbüsləri dəstəkləyir".

Günay Əliyeva rəhbərlik etdiyi qurumun yaxın vaxtlarda bir sıra layihələr həyata keçirəcəyini də deyib.

Süleyman
Xəbəri paylaş