Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhməd İsmayılov Suriya Ərəb Respublikasının informasiya naziri ilə görüşüb

Əhməd İsmayılov Suriya Ərəb Respublikasının informasiya naziri ilə görüşüb


Əbu-Dabidə keçirilən “Bridge” media və məzmun sənayesi sammiti çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Suriya Ərəb Respublikasının informasiya naziri Həmzə Əl-Mustafa arasında ikitərəfli görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Suriya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, informasiya axınının genişləndirilməsi və bu sahədə qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda dezinformasiya ilə mübarizə, etibarlı informasiya mühitinin formalaşdırılması, dialoqun genişləndirilməsi və institusional əlaqələrin inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olub.

Süleyman
Xəbəri paylaş