Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan Prezidenti Türkmənistana işgüzar səfər edəcək

Özbəkistan Prezidenti Türkmənistana işgüzar səfər edəcək


Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 11-12 dekabr tarixlərində Türkmənistan xalqının ümummilli lideri, Türkmənistan Xalq Məsləhitinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə bu ölkəyə işgüzar səfər edəcək.

Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, səfər proqramına əsasən, Mirziyoyevin Türkmənistanın daimi neytrallığının elan edilməsinin 30 illiyinə, Beynəlxalq Neytrallıq Gününə və 2025-ci ilin "Beynəlxalq Sülh və Etibar İli" elan edilməsinə həsr olunmuş beynəlxalq forumda iştirakı gözlənilir.

Aşqabadda keçiriləcək tədbirdə xarici dövlət və hökumət başçıları, beynəlxalq və regional təşkilatların rəhbərləri də iştirak edəcəklər.

Özbəkistan Respublikasının Prezidenti forumun plenar iclasında "Sülh və Etibar: Davamlı Gələcək üçün Ortaq Məqsədlər" mövzusunda çıxış edəcək.

Özbəkistan Prezidenti həmçinin sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.

Süleyman
Xəbəri paylaş