Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncə RQİİ-nin nümunəvi işçiləri təltif edilib

Gəncə RQİİ-nin nümunəvi işçiləri təltif edilib


SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Gəncə Regional Qaz İstismarı İdarəsinin bir qrup əməkdaşı ilə görüşüb.

Newscenter.az xəbər verir ki, Birlik rəhbəri hər bir əməkdaşın iş şəraiti ilə yaxından maraqlanıb. Baş direktora görüşə gələn əməkdaşların ay ərzində əldə etdikləri nailiyyətlər və görülən işlər haqqında ətraflı məlumat verilib.

Daha sonra 10 nəfər Birlik əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.

Süleyman
Xəbəri paylaş