
"Almaniyada növbəti dəfə ABŞ -Ukrayna danışıqları keçirilir. Prezident V. Zelenki danışıqlar da iştirak edir. ABŞ-ı danışıqlarda V. Putinin dostu S. Uitkof və C. Kuşner təmsil edir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, danışıqların nəticəsi olaraq Ukrayna NATO -dan imtina edə bilər:
"Amma, V. Zelenki Ukraynaya təhlükəsizlik təminatının verilməsini tələb edir. Ukraynanın müdafiəsi üçün ABŞ Konqresində qanun layihəsinin qəbul edilməsi tələb edilir. ABŞ Ukraynanın hər iki təklifini qəbul etmir. Bu kontekstdə danışıqlar aparılır. V. Zelenki ABŞ təklifi ilə ərazi güzəştinə getməyəcək. Bu, ilk növbədə onun səlahiyyətində deyil".
Politoloq deyib ki, bu danışıqların Avropada keçirilməsi Ukraynanın əlini gücləndirir:
"Almaniyada keçirilən danışıqların nəticəsiz baş tutması istisna deyil. Rusiya Donbasın ona verilməsini tələb edir. Hazırda Ukrayna Avropa İttifaqının dəstəyi ilə Rusiya -ABŞ qarşısında öz mövqeyini qoruyur.
Demek olar ki, ABŞ-Rusiya tandemi ilə Avropa İttifaqı -Ukrayna arasında siyasi qarşıdurma yaşanır. Bu siyasi qarşıdurmada tərəflər arasında prinsipial fikir ayrılıqları qalmaqdadır. ABŞ administrasiyasının Avropa İttifaqı ilə deyil, Rusiya ilə anlaşma əldə etməsi Qərb Alyansında uzun illər formalaşmış ABŞ -Avropa İttifaqında dərin çat yaradıb. Bu beynəlxalq siyasi nizamın deqradasiyaya uğramasına gətirib çıxarır".
Süleyman










































