
Dünya Azerbaycanlılarının Həmrəylik Günü münasibətilə qardaş Türkiyədə də müxtəlif tədbirlər keçiriləcək.
Newscenter.az-a İstanbul-Türkiyə Azərbaycan Dərnəyindən (İSTAD) bildirilib ki, bu məqsədlə həm Həmrəylik Günü, həm də Qarabağ Zəfərinin 5-0ci ildönümü ilə əlaqədar "Şanlı zəfərin 5 ili" adlı tədbir keçiriləcək.
İSTAD sədri Səfər Karakoyunlunun təşkilatçılığı ilə baş tutacaq tədbirdə Aşıq Maqsud Koca (Feryadi), müğənni Elgün Quliyev, Əlixan Səmədov, Burhan Yıldırım, Sevgi Keskin, Yılmaz Yıldırım kimi sənətçilər də iştirak edəcək.
Tədbirdə Türkiyə-Azərbaycan dostluq və qardaşlığından bəhs edən musiqilər ifa ediləcək.
Süleyman











































