
Berlin danışıqlarında iştirak edən Avropa liderləri Kiyevin təhlükəsizlik zəmanətləri üçün Avropanın rəhbərlik etdiyi çoxmillətli qüvvələrin yaradılmasını istəyirlər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Almaniya, Danimarka, İtaliya, Hollandiya, Norveç, Polşa, Finlandiya, Fransa və İsveçin dövlət və hökumət başçılarının, eləcə də Böyük Britaniya Baş nazirinin və Avropa Komissiyası və Avropa Şurası prezidentlərinin birgə bəyanatında bildirilib.
Görüşdə liderlər ifadə ediblər ki, avropalılar gələcəkdə Ukraynanı qorumaq üçün hüquqi öhdəliklər götürməyə hazırdırlar.
Bəyanatı imzalayanlar hesab edirlər ki, Kiyevə verilən zəmanətlərə Ukrayna üçün maraqlı ölkələrdən ibarət Avropanın rəhbərlik etdiyi, çoxmillətli qüvvələrin yaradılması daxil edilməlidir və bu qüvvələr könüllülərin koalisiyasının bir hissəsi kimi və ABŞ-ın dəstəyi ilə formalaşdırılmalıdır.
Cavid












































