
Xaricə təhsil almağa gedən özbəklərin sayında azalma tendensiyası müşahidə olunur.
Newscenter.az Özbəkistanın Milli Statistika Komitəsinə istinadən bildirir ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Özbəkistandan ümumilikdə 26,4 min vətəndaş təhsil almaq üçün xaricə səyahət edib.
Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6,1 min nəfər və ya 18,9% azalıb.
Ən çox Özbəkistan vətəndaşı təhsil almağa Rusiyaya (5863) və Tacikistana (5761) gedib. Sonrakı yerləri isə
Qırğızıstan, Cənubi Koreya və Türkiyə tutur.
Cavid










































