Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Humanizmə söykənən siyasət

Humanizmə söykənən siyasət


"Azərbaycan Prezidenti cənab İlham Əliyevin amnistiya təşəbbüsü dövlət idarəçiliyində mərhəmət, humanizm və sosial ədalət prinsiplərinin bariz təzahürüdür".

Newscenter.az xəbər verir ki, bunu hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, bu addım təkcə hüquqi mexanizm deyil, eyni zamanda insana, ailəyə və cəmiyyətə verilən yüksək dəyərin ifadəsidir:

"Amnistiya qərarları cəmiyyətin sağlamlaşmasına, insanların islah olunaraq yenidən sosial həyata inteqrasiyasına, ailələrin birləşməsinə və gələcəyə ümidlə baxmasına xidmət edir. Bu təşəbbüs Azərbaycan dövlətinin gücünün sərtlikdə deyil, ədalətdə və insanpərvərlikdə olduğunu bir daha nümayiş etdirir. Humanizmə söykənən bu siyasət cənab Prezidentin xalqına olan dərin etimadının, yüksək mənəvi dəyərlərə sadiqliyinin və müasir, güclü dövlət quruculuğu yolunda atdığı ardıcıl addımların məntiqi davamıdır".

Süleyman
Xəbəri paylaş