
Son 5 ildə Özbəkistanda narkotik cinayətlərinin sayı iki dəfə, qanunsuz dövriyyədən əldə edilən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı isə 67% artıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, hüquq-mühafizə orqanları tərəfindən görülən sistemli tədbirlər nəticəsində 2024-cü ildə 5 qanunsuz narkotik laboratoriyası aşkar edilib. Bu ilin 10 ayında isə bu rəqəm 12-yə çatıb.
Təhlillərə görə, müsadirə edilən sintetik narkotiklərin sayı 5 ildə 80 dəfə artıb. Son 4 ildə cəzalarını çəkdikdən sonra yenidən narkotik cinayətləri törədən insanların sayı 125% artıb.
Süleyman










































