Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Yaponiya ilə 3,7 milyard dollarlıq müqavilə imzalayacaq

Qazaxıstan Yaponiya ilə 3,7 milyard dollarlıq müqavilə imzalayacaq


.Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Yaponiyaya rəsmi səfəri zamanı bir sıra sənəd və müqavilələrin imzalanması planlaşdırılır.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, bunu dövlət başçısının köməkçisi və mətbuat katibi Ruslan Jeldibay deyib.

O bildirib ki, planlaşdırılan kommersiya müqavilələrinin ümumi dəyəri 3,7 milyard dolları keçəcək.

"Bu məqsədlə prezidentin Tokioda iri Yaponiya biznes nümayəndələri ilə şəxsən görüşməsi gözlənilir. Ümumilikdə 40-dan çox sənədin imzalanması planlaşdırılır. Sazişlərin əhatə etdiyi əsas sahələrə enerji, bərpa olunan enerji mənbələri, rəqəmsallaşdırma, mədən sektoru və nəqliyyat daxildir", - deyə Jeldibay bildirib.

Cavid
Xəbəri paylaş