
“İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biri, Kənan Həsənovun ailəsi ziyarət olunub. Ziyarətdə birliyin sədri Turanə Orucova, Bakı şəhəri Nizami Bələdiyyəsinin sədr müavini Abbasova Yeganə Ziyad qızı və pedaqoq-şair Məmmədova Zöhrə Qara qızı iştirak ediblər.
Newscenter.az xəbər verir ki, ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolu, vətənə bağlılığı və qəhrəmanlığı dərin hörmət və ehtiramla xatırlanıb. Şəhid ailəsi ilə səmimi görüş keçirilib, onların fikirləri dinlənilib və mənəvi dəstək verilib.
Ziyarət çərçivəsində şəhid Kənan Həsənovun həyat və döyüş yolunu əks etdirəcək kitab layihəsi barədə də geniş müzakirələr aparılıb. Bu təşəbbüsün məqsədi şəhidimizin adını əbədiləşdirmək, onun qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərməkdir.
Cavid











































