Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sidneydə terror aktının baş verdiyi yerdə abidə ucaldılacaq

Sidneydə terror aktının baş verdiyi yerdə abidə ucaldılacaq


14 dekabrda Sidneydə baş verən terror aktının yerində abidə ucaldılacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "The Sydney Morning Herald" qəzeti Şəhər Şurasının nümayəndəsinə istinadən məlumat yayıb.


Şəhər Şurasının sözlərinə görə, Bondi Çimərliyi pavilyonunda terror hücumu qurbanlarının xatirəsinə yerli sakinlər tərəfindən qoyulmuş bir neçə min buket, şam, şəxsi məktub və xatirə lövhələri yığışdırılacaq. Çünki hakimiyyət orqanları orada daimi bir abidə ucaltmağı planlaşdırır. Nəşr şəhər şurası nümayəndəsindən sitat gətirir ki, yəhudi icması ilə bu layihə ilə bağlı müzakirələr tezliklə keçiriləcək.


Qeyd olunur ki, terror aktından sonra əraziyə qoyulmuş gül kompozisiyaları son dərəcə hörmət və qayğı ilə utilizasiya ediləcək və bütün oyuncaqlar ehtiyacı olanlara və ya onları almaq istəyənlərə bağışlanacaq.

Şeyda
Xəbəri paylaş