Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbulda Bəxtiyar Vahabzadənin “Yağmurdan Sonra” əsəri səhnələşdiriləcək

İstanbulda Bəxtiyar Vahabzadənin “Yağmurdan Sonra” əsəri səhnələşdiriləcək



Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünyanın bir çox ölkələrində olduğu kimi Türkiyədə də bir sıra tədbirlər keçiriləcək.

Newscenter.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində Bəxtiyar Vahabzadənin “Yağmurdan Sonra” əsəri səhnələşdiriləcək. Bu barədə məlumatı Tüm Azərbaycanlı Həkimlər Dərnəyinin (TAHD) qurucu başqanı Günay Əliyeva verib. Bildirib ki, rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə keçiriləcək mədəniyyət tədbirini C.Cabbarlı Teatrı səhnələşdirəcək:

"Tamaşa dekabrın 26-da olacaq. Giriş ödənişsizdir. Tədbirdə iştirak etmək istəyənlərdən 0 539 568 40 08 nömrəsi ilə əvvəlcədən qeydiyyatdan keçmələri xahiş olunur".

Süleyman
Xəbəri paylaş