
Avropa Milad bayramını müharibəsiz qeyd edə biləcək, lakin bəzi siyasətçilər bunu Rusiya ilə birbaşa qarşıdurmaya sürükləmək istədikləri üçün müharibə təhlükəsi hələ də aradan qalxmayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
Orban Rusiya ilə Avropada müharibəyə hazırlıqların bağlı qapılar arxasında aparıldığını vurğulayıb. O, hesab edir ki, bunu, xüsusən də 18-19 dekabr tarixlərində Brüsseldə keçirilən son Aİ sammitinin nəticələri sübut edir.
Qeyd edək ki, Macarıstan, Slovakiya və Çexiya istisna olmaqla, iclas iştirakçıları Ukraynaya Rusiyaya qarşı hərbi əməliyyatlarını maliyyələşdirmək üçün iki il ərzində 90 milyard avro faizsiz kredit vermək qərarına gəliblər.
Şeyda










































