Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat dünya rekordu qıraraq parlamentdə 24 saat danışıb

Deputat dünya rekordu qıraraq parlamentdə 24 saat danışıb


Cənubi Koreyanın aparıcı müxalifət partiyası olan Vətəndaş Gücünün lideri Canq Donq Hyuk, dünya rekordu qıraraq, ölkə parlamentində 24 saat çıxış edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, keçmiş prezident Yun Sok-yol və onun siyasi müttəfiqləri 3 dekabr 2024-cü ildə hərbi vəziyyətin tətbiqi cəhdi ilə əlaqədar konstitusiya quruluşuna qarşı üsyan təşkil etməkdə ittiham olunurlar. Konstitusiya Məhkəməsi prezidenti 2025-ci ilin aprelində hakimiyyətdən uzaqlaşdırdı. Yun Sok-yolun 2022-ci ildə namizəd olduğu Vətəndaş Gücü xüsusi tribunalın əleyhinə çıxdı.

Qanun layihəsi ilkin versiya hüquq dairələrinin tənqidinə səbəb olduğundan, yenidən işlənmiş dəyişikliklərdən sonra Cənubi Koreya Milli Assambleyasına təqdim edildi. Plenar iclasda Canq Donq-hyuk kürsüyə qalxıb və saatlarla davam edən çıxış edib. Yalnız 24 saatdan sonra deputatlar səs çoxluğu ilə onun çıxışını dayandıra biliblər.

Cavid
Xəbəri paylaş